Rusiyada botulizmlə bağlı 172 ton məhsul müsadirə edilib
Moskva və Rusiyanın regionlarında botulizm əlamətləri ilə bağlı kütləvi şikayətlər səbəbindən 172 tondan çox məhsul dövriyyədən çıxarılıb.
“Report” bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) istinadən xəbər verir.
“Çirklənmə mənbəyi “Vakum qablaşdırmada lobio lobya salatı” məhsulu olub. Lobyanın hazırlanması prosesi bütün tələb və normalar pozulmaqla təşkil edilib”, – deyə məlumatda bildirilib.
Son məlumatlara görə, Rusiyanın dörd regionunda 169 botulizm hadisəsi müəyyən edilib. Moskvada 120-dən çox insan botulizm əlamətləri ilə həkimə müraciət edib, 55 nəfərin vəziyyəti ağırdır.
Botulizm ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Əsasən uzunsov və onurğa beyninin botulotoksinlə zədələnməsi ilə xarakterizə olunur. Xəstəliyin adı botulos – kolbasa sözündən götürülüb. Botulizm düzgün konservləşdirilməmiş qida məhsulların – balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır.
Şərh yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.