Gürcüstan yığmasının baş məşqçisi: Belə turnirlərdə qələbə qazanmaq üçün bir az istedad və təcrübə çatışmır
Belə turnirlərdə qələbə qazanmaq üçün komandada bir az istedad və təcrübə çatışmır.
“Report” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avropa çempionatının final mərhələsinin I turunda Türkiyə (1:3) ilə matçdan sonra deyib.
Mütəxəssis komandanın performansı ilə fəxr etdiyini söyləyib: “Uduzmaq heç vaxt xoş deyil, amma biz gürcü futbolunu bu qədər müsbətə çevirdiyimiz üçün öz performansımızla fəxr edə bilərik. Düşünürəm ki, sonda Türkiyə qədər şansımız oldu”.
Şərh yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.