Almaniya ordusu üçün Bundestaq 6 milyard avrodan çox raket və tank sifarişi üçün ayrılan məbləği təsdiqləyib

almaniya, almaniya ordusu , Bundestaq

Almaniya ordusu üçün Bundestaq 6 milyard avrodan çox raket və tank sifarişi üçün ayrılan məbləği təsdiqləyib

Bundestaqın (Almaniya Federativ Respublikası Parlamenti) Büdcə Komitəsi ölkənin silahlı qüvvələri üçün ümumi dəyəri 6 milyard avrodan çox olan 105 tank, dörd ədəd “Patriot” zenit-raket kompleksi, idarə olunan raketlər və artilleriya mərmilərinin alınmasını təsdiqləyib.

BakuPress.News , Report agentliyinə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Boris Pistorius komitənin iclasından sonra bildirib.

“Bu gün biz həqiqətən, silahlanma sahəsində mühüm layihələrə yol verməyə nail olduq”, – o deyib.

O, əlavə edib ki, döyüş sursatlarının alınması əhəmiyyətli dərəcədə sürətləndiriləcək və genişləndiriləcək.