Yaşayış olan evi sökən şirkətə daha bir zərbə – İşləri dayandırıldı
Yasamal rayonunda B.Şahtaxtinski küçəsində yaşayış evlərinə zərər verildiyi ilə bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidməti BakuPress.News -a verdiyi məlumata görə, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N. Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK şirkəti tərəfindən yaşayış evləri olduğu halda evlərin sökülməsi barədə məlumat verdi. Polis əməkdaşları razılıq olmadan bir neçə mənzilin divarlarına zərər verildiyini təsdiqlədi.
Şərh yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.