Yevlaxda Qanunsuz Silah və Narkotik Satışı ilə Məşğul Olan Şəxslər Saxlanılıb (12.07.2024)

Yevlaxda qanunsuz silah əldə edən və narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanılıb. Mahir Əliyev və Elşən Abbasov haqqında daha ətraflı məlumat.

Yevlaxda qanunsuz odlu silah əldə edən və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mahir Əliyev saxlanılıb. M.Əliyevdən “TT” markalı tapança, 4 ədəd patron və patron darağı aşkar edilib. O, silahı bir müddət əvvəl əldə etdiyi və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Elşən Abbasov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb və araşdırmalar davam etdirilir.

Yevlaxda-qanunsuz-silah-əldə-edən-və-narkotik-ticarəti-ilə-məsgul-olan-səxslər-saxlanilib.-Mahir-Eliyev-və-Elsən-Abbasov-haqqinda-daha-ətrafli-məlumat Yevlaxda Qanunsuz Silah və Narkotik Satışı ilə Məşğul Olan Şəxslər Saxlanılıb (12.07.2024)

Yevlaxda qanunsuz silah əldə edən və narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanılıb. Mahir Əliyev və Elşən Abbasov haqqında daha ətraflı məlumat.

-DİGƏR XƏBƏRLƏRİ OXU

FACEBOOK-da biz