Dövlət İmtahan Mərkəzi: İyulun 14-də I və IV ixtisası qruplar üzrə qəbul imtahanları keçirilir
İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. Bu gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilir.
DİM-dən “BakuPress.News“a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq və saat 10:00-da başlanacaq. İmtahan binasına buraxılış rejimi saat 09:45-də başa çatacaq və bundan sonra gələn iştirakçılar binaya buraxılmayacaqlar.
DİM bir daha abituriyentlərin nəzərinə çatdırır ki, iştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün müəyyən edilmiş vaxtda gəlmələri vacibdir. Bu vaxt imtahan iştirakçısının buraxılış vərəqəsində qeyd olunub.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsi; b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsi, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqəsi;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 139 imtahan binası və 2459 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 139 ümumi imtahan rəhbəri, 400 imtahan rəhbəri, 3081 nəzarətçi, 438 buraxılış rejimi əməkdaşı və 139 bina nümayəndəsi cəlb olunub.
Bugünkü imtahanlarda I ixtisas qrupu üzrə 22,888, IV ixtisas qrupu üzrə 5,039, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 5,156 nəfər olmaqla, ümumilikdə 33,083 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 50 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

dövlət imtahan mərkəzi, dim, ali təhsil, abituriyent, ixtisas qrupları, imtahan binaları
– Əvvəlki xəbərlər
- Bayden Tramp ilə Telefon Danışığı Aparıb: Seçki Kampaniyası Zamanı Baş Verən Atışma (14.07.2024)
- Yevlaxda Qanunsuz Silah və Narkotik Satışı ilə Məşğul Olan Şəxslər Saxlanılıb (12.07.2024)
- iPhone 16: 2024-cü ildə Yüksək Texnologiyalı Smartfonun Buraxılışı Planlaşdırılır
Şərh yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.