1 Noyabr 2024-dən Etibarən WhatsApp İşləməyəcək Bu Telefonlarda
Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqi WhatsApp, Android əməliyyat sisteminə malik cihazlara dair böyük bir güncəlləməyə gedir.
META, tətbiqdə edilən dəyişikliklərə uyğunlaşa bilməyən telefonları sistemdən çıxaracağını və 1 Noyabr 2024-dən etibarən WhatsApp işləməyəcək bu telefonlarda.
Dünyada milyardlarla istifadəçisi olan WhatsApp, keçən illərdə aldığı bir qərarla tətbiqi yalnız Android 5.0 və yuxarı əməliyyat sisteminə malik telefonların istifadə edə biləcəyini bildirmişdi.
Bu müddət ərzində tətbiqə bir çox yeniliklər əlavə edildi və müxtəlif xüsusiyyətlər istifadəyə verildi. Şirkət, indi də WhatsApp tətbiqini istifadə edə biləcək Android telefonlar üçün minimum sistem tələbi şərtini Android 6.0 (Marshmallow) versiyasına yüksəltməyə hazırlanır.
Bu qərarın ilk baxışda bir çox istifadəçi tərəfindən paniklə qarşılanması təbii haldır. Lakin “Marshmallow” adı ilə tanınan Android 6.0 versiyası, tam 9 il əvvəl, yəni 2015-ci ildə dərc edilmişdi.
Yəni, bu qərarın 2015-dən sonra istehsal olunan Android əməliyyat sistemli telefonlara təsir etməyəcəyini söyləyə bilərik.

whatsapp işləməyəcək, WhatsApp işləmir, WhatsApp Android tələbləri, Android 5.0, WhatsApp telefon dəstəyi, root edilmiş telefonlar, WhatsApp güncəlləmələri, Nexus 4, 7, 10, HTC One M7, tətbiq təhlükəsizliyi, 1
WhatsApp Tətbiqinin Android Telefonlar Üçün Yeni Sistem Tələbləri
Yeni güncəlləmə noyabr ayında gələcək və 1 Noyabr 2024 tarixinə qədər WhatsApp tətbiqinin işləməyəcəyi telefonlar aşağıdakılardır:
- Nexus 4
- Nexus 7
- Nexus 10
- HTC One M7
Bundan əlavə, META “Root” edilmiş telefonların çalışmasını əngəlləmək üçün yeni bir güncəlləmə gətirəcəyini də açıqladı.
Açıqlamaya görə, “Root” prosesi təhlükəsizlik problemi yaradır; buna görə də şirkət istifadəçilərə telefonlarına “Root” etməmələrini tövsiyə edir.
DİGƏR XƏBƏRLƏR:
Şərh yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.