Xumar Qədimova: “Türkiyə ilə Gürcüstan oyununda, Gürcüstanı dəstəkləyirdim” (3:1)
Xumar Qədimova: “Avropa çempionatında Almaniya millisi favorimdir”.
Bunu İdman – a Xumar Qədimova bildirib.
İllərdir futbol azarkeşi olduğunu bildirən sənətçi Almaniyada keçirilən Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Xumar Qədimova bildirib ki, “Bundestimlə yanaşı, Gürcüstan millisinin oyunlarını da böyük maraqla izləyir: “Almaniyanın çempion olmasını çox istəyərdim. Manuel Noyer, Toni Kroos bu komandanın ən çox rəğbət bəslədiyim oyunçularıdır. Gürcüstan millisinin də final mərhələsində olması sevindiricidir. Hətta Türkiyə ilə oyunda onları dəstəkləyirdim, çünki bu, Gürcüstanın ilk təcrübəsi idi”.
Qeyd edək ki, Almaniya millisi 7 xalla qrup qalibi kimi mərhələ adlayıb. 2 turdan sonra aktivində 1 xalı olan Gürcüstanın taleyinə isə bu gün keçiriləcək matçlardan sonra aydınlıq gələcək. Qonşularımız Portuqaliya ilə oynayacaq.
Şərh yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.